Londonun mərkəzindəki darvazalardan biri bağlanıb
-
Londo
Ətraf mühit fəalları iqlim dəyişikliklərinə etirazların davamında Londonun mərkəzindəki darvazalardan biri olan Tauer körpüsünə toplaşıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Bu etiraz hərəkətində «Neftdən istifadəni dayandırın!» və «Nəsil tükənməyə qarşı qiyam» adlı qrupların üzvlərindən onlarla nəfər körpünün ortasında insan divarı yaratmaqla cümə gününün ilk iş saatlarında hərəkətdə ağır tıxac yaradıb.
«Nəsil tükənməyə qarşı qiyam» qrupunun sözçüsü bildirib ki, bu hərəkət İngiltərədə fosil yanacaqların maliyyə təmini üzrə əsas mənbədə- London şəhərinin darvazasında edilib.
O, qeyd edib ki, bu qrupun əsas aksiyası sabahdan Londonun mərkəzində yerləşən Hayd-park rayonunda başlanacaq.
Aksiyaçılar həmçinin körpünün üstündən, üzərində «Fosil yanacaqlara son qoyun!» şüarı yazılmış iri plakatlar asıblar.
Tauer körpüsü Londonda avtomobillərin əsas gediş-gəliş istiqamətlərindən biri sayılır.
Aparılmış bir hesablamaya əsasən, hər gün iyirmi bir minə yaxın avtomobil və qırx min nəfər bu körpüdən keçir.