Çin qəzeti Rusiyaya qarşı sanksiyaların uğursuz olmasından yazır
Qərb Rusiyanı sanksiyalarla sındıra bilmədi
Çində çıxan “Global Times” qəzeti Rusiyaya qarşı sanksiyaların uğursuz olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, qəzetin köşə yazarı Bredli Blankenşip qeyd edir ki, kollektiv Qərbin anti-Rusiya sanksiyalarını tətbiq etməsindən sonra rublun məzənnəsinin möhkəmlənməsi sübut etdi ki, Rusiyanı qlobal iqtisadi sistemdən qoparmaq mümkün olmayacaq.
Müəllif əlavə edir ki, ABŞ və müttəfiqlərinin gözləntilərinə baxmayaraq, Rusiyada “hiperinflyasiya” baş vermədi. Lüks mallar və “fast food” olmadan isə Rusiya iqtisadiyyatı normal fəaliyyət göstərə bilir.
Məqalədə deyilir ki, Qərb sanksiyalarının tərəfdarları əmindirlər ki, yeni məhdudiyyətlər Rusiya iqtisadiyyatını xeyli zəiflədəcək, ruslar arasında narazılıq yaradacaq və onları xarici siyasətdə dəyişiklik tələb edərək hakimiyyətə qarşı getməyə sövq edəcək. Lakin bu baş vermədi.