Britaniyada ailələrin məişət şəraiti böhranlıdır
https://azeri.sahartv.ir/news/dünya-i387931-britaniyada_ailələrin_məişət_şəraiti_böhranlıdır
Britaniyada xeyriyyəçi təşkilatlar bu təşkilatlara müraciətlərin sayının artdığını açıqlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2022 10:00 Asia/Baku
  • Britaniyada ailələrin məişət şəraiti böhranlıdır

Britaniyada xeyriyyəçi təşkilatlar bu təşkilatlara müraciətlərin sayının artdığını açıqlayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Britaniyanın xeyriyyəçi təşkilatları bildiriblər ki, son aylarda gündəlik həyatın əsas ehtiyacları, xüsusilə də qidaya tələbat artıb və onların bir neçəsi imkanlarının artıq tələbatı ödəyə bilməyəcəyini vurğulayır.

İqtisadi tənzimləyici orqanlar da bildiriblər ki, Britaniyada pensiyalar 3,1 faiz artdığı bir halda bu il inflyasiyanın 8,4 faiz olacağı proqnoz edilir və hazırda ölkədə inflyasiya son otuz ilin maksimumuna çatıb.