Apr 15, 2022 15:04 Asia/Baku
  • Fransa
    Fransa

Fransa polisi Makron və Le Penin namizədliklərinə etiraz edən tələbələri dağıtmaq üçün gözyaşardıcı qaz işlədib.

SəhərAzəri-nin məlumatına əsasən, Parisdəki Sarbonna universitetinin binalarını işğal etmiş tələbələr «Le Pen və Makrona- yox!» şüarı veriblər.

Etirazçıların əllərində həmçinin, üzərində «Sarbonnadakı aksiya Makrona, Le Penə və onların dünyalarına qarşıdır» şüarı yazılmış banner olub.

Tələbələrin etirazı Fransa prezident seçkiləri namizədlərinin ləyaqətsizliklərinə yönəlibdir.

Makron və Le Penin əsla onların nümayəndələri olmadıqlarını bildirən etirazçılardan birinin dediyinə görə, hər iki seçim eyni səviyyədədir.

Etirazların artması ilə Fransa polisi tələbələri geriyə qovmağa və onlara qarşı gözyaşardıcı qaz buraxmağa başlayıb.

Fransa prezident seçkilərinin birinci turu bazar günü bu ölkə boyu keçirildi.

Fransa daxili işlər nazirliyi bazar ertəsi günü bildirdi ki, Emmanuel Makron səslərin 27,85, Le Pen isə 23,15 faizi ilə seçkilərin ikinci turuna vəsiqə qazanıblar.

 

Teqlər