Kabilin şiə məhəlləsində törədilən terror aktına reaksiyalar davam edir
Kabilin şiələr yaşayan məhəlləsində eyni zamanda üç terror partlayışının törədilməsi geniş daxili, regional və qlobal reaksiyalara səbəb olub.
SəhərAzəri-nin məlumatına əsasən, "İRNA"nın məlumatına görə, Əfqanıstanın keçmiş prezidenti Hamid Kərzay və bu ölkənin sabiq hökumətinin Ali Milli Barışıq Şurasının sədri Abdullah Abdullah bu terror partlayışlarını pisləyərək, onu insanlığa qarşı cinayət kimi dəyərləndiriblər.
Hamid Kərzay əlavə edib: "Bu partlayışlar Elm və təhsillə açıq-aşkar düşmənçilik və Əfqanıstanın savadlı nəslindən qorxunun əlamətidir".
Eyni zamanda Abdullah Abdullah deyib: "Bu terror aktları düşmənlərin Əfqanıstanda sülh və sabitliyə zərbə vurmaq niyyətində olduqlarını göstərir".
Həmçinin, İnsan Haqları Gözətçisi Təşkilatı, Uşaqların Müdafiəsi Təşkilatı və İran İslam Respublikasının Xarici İşlər Nazirliyi də bəyanat yayaraq, Talibanı bu terror hücumlarının qarşısını almağa çağırıblar.
Qeyd edək ki, dünən Əfqanıstanın paytaxtı Kabildə Həzarə şiələrinin məhəllələrindən birində oğlanlar məktəbinin qarşısında üç partlayış baş verib, nəticədə təxminən 6 nəfər ölüb, 24 nəfər isə yaralanıb.
Partlayışa görə, məsuliyyəti indiyə kimi heç bir qrup üzərinə götürməyib, lakin Hezarə şiələrinin yaşadığı bu ərazi əvvəllər İŞİD tərəfindən hədəfə alınıb.
Talibanın Əfqanıstanı ələ keçirməsinə baxmayaraq, ölkənin müxtəlif bölgələrində, xüsusilə də paytaxt Kabildə hələ də təhlükəsizlik hadisələri baş verir.