“İsgəndər” hərb meyanına gətirildi
Rusiya ordusu ABŞ və Avropadan göndərilən silahları vurub
Rusiya ordusu ABŞ və Avropadan Ukraynaya verilən silahlarin İsgəndər raketləri ilə vurulğunu iddia edib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya Silahlı Qüvvələri “İsgəndər”lə ABŞ və Avropa İttifaqından Ukrayna Silahlı Qüvvələrinə verilən silahları və Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin 58-ci motoatıcı briqadasının bölmələrinin şəxsi heyətini atəşə tutub.
Onun sözlərinə görə, Xarkov vilayətinin Krasnoqrad və Karlovka dəmiryol stansiyaları ərazilərində “İsgəndər” operativ-taktiki raket kompleksləri ABŞ və Qərb ölkələrindən gətirilən böyük miqdarda silah və hərbi texnikanı, habelə Ukrayna Silahlı Qüvvələrinin 58-ci motoatıcı briqadasının bölmələrinin şəxsi heyətini məhv edib.
Bundan əlavə, Rusiya Aerokosmik Qüvvələri yüksək dəqiqlikli raketlərlə Ukrayna ordsunun 42 canlı qüvvəsinin cəmləşdiyi ərazini və iki sursat anbarını, “İlan” adası yaxınlığında Ukraynaya məxsus üç “Mi-8” helikopterini və iki “Su-24” və “Su-27” təyyarələrini vurub.
Bu arada NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, Rusiyanın nüvə qüvvələrini hərəkətə keçirən əlamətlər müşahidə olunmayıb.
Bununla belə baş katib deyib: "Rusiya rəhbərliyinin nüvə təhdidi ilə bağlı ifadələrini eşidirik. Bu məsuliyyətsizlikdir. Nüvə müharibəsinin qalibi olmaz və bu, əsla başlamamalıdır".