Putin: NATO-nun coğrafi genişlənməsi Rusiyanın cavabı ilə üzləşəcək
May 16, 2022 20:33 Asia/Baku
Rusiya prezidenti xəbərdarlıq edib ki, NATO coğrafiyasının istənilən genişlənməsi Moskvanın reaksiyası ilə üzləşəcək.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində bildirib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması Rusiya üçün dərhal təhlükə yaratmayacaq, lakin alyansın hərbi infrastrukturunun bu əraziyə genişləndirilməsi Rusiyanın cavabına səbəb olacaq.
"Cavabın nə olacağına Moskva yaranacaq təhdidlərə əsasən qərar verəcək", - deyə o əlavə edib.