May 18, 2022 11:39 Asia/Baku
  • Putin Avropa Birliyinə xəbərdarlıq edib

Rusiya prezidenti Avropa Birliyi tərəfindən bu ölkənin enerji sektoruna qarşı sanksiyaların tətbiq edilməsinin mənfi təsirləri barədə xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin Rusiyanın enerji sektorunun nümayəndələri ilə görüşdə bildirib ki, Avropa İttifaqı tamamilə siyasi səbəblərə görə və Amerikanın təzyiqi altında Rusiyanın neft və qaz sektoruna qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

Putin bildirib ki, Avropa İttifaqı ölkələrinə Rusiya enerjisinin idxalına qadağanın qoyulması, yaşıl qitənin iqtisadiyyatına mənfi təsir göstərəcək.

Vladimir Putin vurğulayıb ki, Rusiyanın enerji daşıyıcılarının Avropa Birliyinə tədarükünün qadağan olunması, Avropanın sistematik şəkildə dünyada ən yüksək enerji xərcinə malik bir regiona çevriləcəyi anlamına gəlir.

Rusiya prezidentinin sözlərinə görə, bu ölkə neftinin Avropaya idxalına qadağa qoyulduqdan sonra yaşıl qitədə iqtisadi fəalliyyət də kəskin şəkildə azalacaq.

27 Avropa ölkəsindən olan yüksək vəzifəli diplomatlar bazar ertəsi günü Rusiyadan neft idxalının kəsilməsinə şamil olan bu ölkəyə qarşı altıncı sanksiyalar paketi ətrafında müzakirə ediblər, lakin onlar, öz neftinin 65 faizini Rusiyadan tədarük edən Macarıstanın müxalifətinə görə, ümumi razılığa gəlməyiblər.

 

Teqlər