May 19, 2022 12:29 Asia/Baku
  • Rusiya Finlandiyanı hədələdi

Rusiya Xarici İşlər Nazirliyi Finlandiyanı NATO-ya üzvlüklə bağlı yenidən təhdid edib və bu ölkəni təşkilata üzv qəbul olunmasına cavab olaraq "sürpriz" gözlədiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova  Finlandiyanın qərarına cavabın hərbi olacağını vurğulayıb.

Zaxarova bildirib: "Sürpriz olacaq. Bu, bizim müdafiə departamentimizdən asılıdır. Təbii ki, bütün amilləri və Finlandiyanın NATO-ya üzvlüyünün necə inkişaf edəcəyini nəzərə alaraq müvafiq qərar veriləcək. Bütün bunlara əsaslanaraq parametrlər üzrə qərar veriləcək, lakin ilk növbədə, bu, hərbçilərə aiddir”.

Xatırladaq ki, mayın 17-də Finlandiya NATO-ya üzvlük üçün rəsmi müraciət edib .

Teqlər