BMT: Dünyada 100 milyon insan didərgin düşüb
https://azeri.sahartv.ir/news/dünya-i389378-bmt_dünyada_100_milyon_insan_didərgin_düşüb
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı münaqişə, zorakılıq, insan haqlarının pozulması və təqiblərdən qaçmağa məcbur olan insanların sayı ilə bağlı yeni məlumatlara istinadən, dünyada 100 milyondan artıq insanın didərgin düşdüyünü bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 23, 2022 09:30 Asia/Baku
  • didərgin
    didərgin

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı münaqişə, zorakılıq, insan haqlarının pozulması və təqiblərdən qaçmağa məcbur olan insanların sayı ilə bağlı yeni məlumatlara istinadən, dünyada 100 milyondan artıq insanın didərgin düşdüyünü bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi deyib: Ukrayna müharibəsi və Efiopiya və Konqo Demokratik Respublikası kimi ölkələrdə uzun sürən münaqişələr dünyada didərgin sayının artmasının amillərindəndir.

Bu elə bir haldadır ki, keçən həftə bir humanitar təşkilat 2021-ci ilin sonuna qədər dünyada didərginlərin sayının təxminən 60 milyon nəfərə çatdığını açıqladı.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Ukrayna müharibəsi başlayandan bəri 14,4 milyon insanın öz evini tərk edərək Ukraynanın digər bölgələrinə və qonşu ölkələrə qaçdığını bildirib.