Ukraynanın şərqində nə baş verir? Rusiya düşmən qüvvələrini sıxışdırdığını iddia edir
https://azeri.sahartv.ir/news/dünya-i389768-ukraynanın_şərqində_nə_baş_verir_rusiya_düşmən_qüvvələrini_sıxışdırdığını_iddia_edir
Rusiya bildirir ki, Ukrayna qoşunlarının bəzi bölmələri Severodonetsk uğrunda gedən döyüşlərdə şəxsi heyətinin 90 faizə qədərini itirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2022 08:37 Asia/Baku
  • Rusiya düşmən qüvvələrini sıxışdırdığını iddia edir
    Rusiya düşmən qüvvələrini sıxışdırdığını iddia edir

Rusiya bildirir ki, Ukrayna qoşunlarının bəzi bölmələri Severodonetsk uğrunda gedən döyüşlərdə şəxsi heyətinin 90 faizə qədərini itirib.

Rusiya Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri Mixail Mizintsev bu haqda söyləyib ki, ağır itki verən Ukrayna Silahlı Qüvvələrinin bölmələri Lisiçansk istiqamətində geri çəkilir.

Onun sözlərinə görə, Kiyev hakimiyyəti kimyəvi çirklənmə zonası yaratmaqla Rusiya ordusunun irəliləyişini ləngitmək üçün birləşmiş taktiki qrupa Severodonetskdə yüz ton selitra və turşu olan konteynerləri minalamaq əmri verib.

O vurğulayıb ki, Kiyev Ukrayna və Qərb KİV-lərində materiallar yaymaqla Rusiya Silahlı Qüvvələrini texnogen ekoloji fəlakət yaratmaqda ittiham etməyi planlaşdırır.

 Buna cavab olaraq Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında deyilir ki, Ukrayna müdafiəçiləri hələ də Severodonetsk və Lisiçanskı-də güclüdür.

Bildirilib ki, Ukrayna qoşunları Luqansk vilayətində rusların onları mühasirəyə almaq cəhdlərinin qarşısını uğurla alırlar, hətta Severodonetskdə uğurlu əks-hücum da həyata keçirirlər. Qeyd olunur ki, rus ordusu bütün mövcud resurslarını bu istiqamətdə cəmləşdirib və elə ciddi nailiyyətlər əldə edə bilmir. Ukrayna ordusu isə əksinə effektiv əks-hücumlara başlamaq üçün çevik və inamlıdır.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb, lakin qarşıya qoyduğu məqsədlərə nail ola bilməyib və Ukrayna ərazilərinin yalnız 20 faizini işğal edə bilib. Hərbi əməliyyata başlayarkən Ukraynanın tərksilah edilməsi, hökumətin nasistlərdən təmizlənməsi, Donbasın müstəqilliyinin Kiyev tərəfindən tanınması və onun Krema qarşı iddiadan əl çəkməsi Rusiya rəhbərliyinin elan etdiyi məqsədlər sırasında olmuşdur. İran İslam Respublikası da daxil olmaqla dünya ictimaiyyəti Ukraynaya hücumu pisləyir və Rusiyanı qonşu ölkənin suveren hüquqlarına hörmət etməyə çağırır.