Kuleba Fransa prezidentini qınadı Kiyevdən Makrona sərt cavab: Bu, sizi alçaldır!
İyun 05, 2022 09:21 Asia/Baku
-
Kiyevdən Makrona sərt cavab
Ukraynanın xarici işlər naziri bəyan edib ki, Rusiyanı alçaltmaqdan çəkinməyə çağırışlar yalnız Fransanı və bu çağırışı edən bütün digər ölkələri alçalda bilər.
Dmitri Kuleba Fransa prezidenti Emmanuel Makronun Rusiya ilə bağlı açıqlaması haqda danışarkən deyib: “Rusiya özü özünü alçaldır. Yaxşı olar ki, biz Rusiyanı necə yerinə oturdacağımız haqda düşünək.”
Qeyd edək ki, Makron ötən gün Rusiya ilə gec-tez danışıqlar masasına oturulacağını bildirərək, bu ölkəni alçaltmaqdan çəkinməyin vacib olduğunu bildirmişdi.