Ukrayna daş kömür və qaz ixracatını dayandırmaq istəyir
https://azeri.sahartv.ir/news/dünya-i389931-ukrayna_daş_kömür_və_qaz_ixracatını_dayandırmaq_istəyir
Ukrayna prezidenti bildirib ki, qarşıdan gələn qış ölkəsinin istiqlaliyyətinin bütün illərində ən çətin qış fəsli olacaq. O, qışdan öncə daş kömür və qaz ixracatının dayandırılacağından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2022 13:18 Asia/Baku
  • Ukrayna daş kömür və qaz ixracatını dayandırmaq istəyir

Ukrayna prezidenti bildirib ki, qarşıdan gələn qış ölkəsinin istiqlaliyyətinin bütün illərində ən çətin qış fəsli olacaq. O, qışdan öncə daş kömür və qaz ixracatının dayandırılacağından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Zelenski öz teleqram kanalında yayılan videoda deyib: Müharibənin ardınca, sözün əsl mənasında bütün istiqlaliyyət illərində ən çətin qışla üzləşəcəyik.

Zelenski əlavə edib: Bu müddətdə biz öz qazımızı və daş kömürümüzü xaricə satmayacağıq və bütün daxili məhsullar daxili ehtiyacın təmini üzərində təmərküzləşəcək.

Rəsmi Kiyev Ukrayna neft və qaz şirkətinə yeraltı anbarlarda minimum on doqquz milyard kubmetr qaz ehtiyat etməyi tapşırıb.

Ukrayna baş nazirinin sözlərinə görə, Kiyev ötən qışı doqquz milyard kubmetr qazla başa vurdu.