Sionist rejimin informasiyaları ifşa edilib
-
ifşa
Media mənbələri müvəqqəti sionist rejimin hərbi və təhlükəsizlik informasiyalarının sosial şəbəkələrdə ifşa edilməsindən xəbər veriblər.
SəhərAzəri-nin məlumatına əsasən, «Tayms İsrail» portalının yazdığına görə, müvəqqəti sionist rejimin ordusu və bu rejimin təhlükəsizlik orqanı olan «Şin Bet» bildiriblər ki, gizli hərbi məlumatları sosial şəbəkələrdə ifşa etdiyinə görə, üç şübhəli şəxs həbs olunubdur.
«Sabirin Nyus» teleqram kanalı da sionist rejimə qarşı yeni kiberhücumdan xəbər verib.
«Sabirin Nyus» bildiribdir ki, sionist rejimin 200 nəfərin kredit kartına və informasiyalara malik olan «Sharpboys» turizm portallar qrupunu «malwar» tipindən olan kiberhücuma məruz qoyubdur.
«Sabirin Nyus» həmçinin bir iraqlı qrup tərəfindən sionist rejimin infrastrukturlarına qarşı güclü kiber hücumundan və Təl-Əviv birjasının sövdələşmə sisteminin sındırılmasından xəbər verib və yazıbdır ki, bu sistem əlçatanlıqdan çıxıbdır.