Zaxarova Qərbin Ukraynada münaqişəni davam etdirmək səylərini tənqid edib
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Qərb Ukraynada münaqişənin mümkün qədər uzun müddət davam etməsi üçün əlindən gələni edir.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbin Ukraynada davam edən münaqişə ilə bağlı mövqeyini tənqid edərək, deyib: "Onlar Ukraynadan bir alət kimi istifadə edirlər və bütün logistika münaqişəni alovlandıran hər şeyə yönəlib".
Zaxarova əlavə edib: "Biz ABŞ-ın 43-cü prezidenti kiçik Corc Buşun dediklərini xatırlayırıq, hansı ki, demişdi Ukraynanın missiyası mümkün qədər çox rusu öldürməkdir".
Bu arada Kanada NATO-nun şərq cinahını gücləndirmək üçün bazar günü Baltik dənizi və Şimali Atlantikada iki döyüş gəmisi yerləşdirib.
Kanada Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir ki, 2014-cü ildə Moskvanın Krımı Rusiyaya ilhaq etməsindən sonra başladılan "Mərkəzi və Şərqi Avropada çəkindirmə tədbirləri"nin bir hissəsi olaraq, Kanadanın hərbi gəmiləri dörd ay müddətinə bu sularda yerləşəcəklər.