Neft ölkəsində yoxsulluğa etiraz
https://azeri.sahartv.ir/news/dünya-i390740-neft_ölkəsində_yoxsulluğa_etiraz
Liviyanın şərqindəki Benqazi əyalətində ümumxalq seçkilərinin keçirilməsini tələb edən və elektrik enerjisinin verilməsində fasilələrə etiraz edən iğtişaşçı kütlə Tobrukdakı parlament binasına hücum edib. Paytaxt Tripolinin Əl-Şuhada meydanında isə nümayişlər keçirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2022 11:24 Asia/Baku
  • Neft ölkəsində yoxsulluğa etiraz

Liviyanın şərqindəki Benqazi əyalətində ümumxalq seçkilərinin keçirilməsini tələb edən və elektrik enerjisinin verilməsində fasilələrə etiraz edən iğtişaşçı kütlə Tobrukdakı parlament binasına hücum edib. Paytaxt Tripolinin Əl-Şuhada meydanında isə nümayişlər keçirilir.

SəhərAzəri-nin məlumatına əsasən, parlament binasını yandıran iğtişaşçılar “Neft ölkəsiyik, elektrik kəsintisi istəmirik”, “Fövqəladə hal elan edilsin”, “Təcili seçkilər keçirilsin” şüarları səsləndiriblər. Onlar, həmçinin çörəyin qiymətinin bahalaşmasına, Liviyada hələ də xarici qoşun kontingentinin qalmasına etirazlarını bildiriblər.

Paytaxt Tripoli eləcə də Misratə və Zaviyə şəhərlərində də yoxsulluq və ağır məişət şərayitinə qarşı etiraz aksiyaları keçirilib.