İyul 04, 2022 12:25 Asia/Baku
  •  Nukus küçələri qana boyanıb-YENİLƏNİB

Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasında ötən həftə baş verən iğtişaşlar zamanı ölən və yaralananların sayı açıqlanıb.bu barədə Özbəkistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

SəhərAzəri-nin  əsasən, Özbəkistan Baş Prokurorluğunun məlumatında deyilir ki, iğtişaşlar zamanı 18 nəfər ölüb, 243 nəfər yaralanıb ki, onlardan 38-i hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.Təhlükəsizlik qüvvələri 516 nəfəri saxlayıb, lakin artıq onların bir çoxu sərbəst buraxılıb.

Bir neçə gün öncə Özbəkistanın Daxili İşlər Nazirliyi ölkə Konstitusiyasına dəyişikliklərlə əlaqədar Nukusda qanunsuz nümayişin keçirildiyi baədə məlumat yayıb. Məlumata görə, ictimai qaydanın pozulması halları və vətəndaşlar tərəfindən müxtəlif hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə əraziyə hüquq-mühafizə orqanlarının qüvvə və vasitələri cəlb edilib.

Hüquq-mühafizə orqanları iğtişaş təşkilatçılarından bir qrupunu saxlayıblar. Qanunsuz nümayişin ölkədə aparılan konstitusiya islahatlarının yanlış şərh edilməsi nəticəsində baş verdiyi qeyd olunur.

Prezident Şavkat Mirziyoyev konstitusiyanın Qaraqalpaq Muxtar Respublikası ilə bağlı maddələrinə dəyişiklik etməmək barədə qərar verib.

Bundan başqa, Prezident Qaraqalpaq Muxtar Respublikasında iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib.

Digər tərəfdən Özbəkistan parlamenti Qaraqalpaqıstanın suveren statusunun saxlanmasını dəstəkləyib.bununla bağlı müddəa ölkə konstitusiyasının yeni layihəsinə dəyişiklikdə yer alıb. 

Bundan başqa, konstitusiyaya dəyişikliklə bağlı ictimai müzakirələrin daha 10 gün uzadılaraq iyulun 15-nə qədər aparılmasına qərar verilib.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ötən həftə Konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq referendumunun keçirilməsi təklifi ilə çıxış edib.

Yeni layihədə Qaraqalpaqıstanın Özbəkistan Respublikasının tərkibinə daxil olan suveren respublika olması və qaraqalpaq xalqının ümumxalq referendumu əsasında Özbəkistanın tərkibindən ayrıla bilməsinə dair maddənin də Konstitusiyadan çıxarılması təklif edilmişdi. 

Yerli sakinlər ölkə Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərə etiraz məqsədilə iyulun 1-də aksiya keçiriblər.

 

 

Teqlər