Pekindən Ağ Ev-ə mesaj: Müharibəyə hazırıq!
Çin ordusu bir amerikan senatorun Tayvana səfərinə reaksiyada bu adanın ətrafında «Döyüş hazırlığı» təlimləri keçirib.
SəhərAzəri-nin məlumatına əsasən, Bir amerikan senatorun Tayvana səfəri ilə bir zamanda Çin ordusunun Tayvan boğazının üzərində hərbi təlimlər keçirməsi Taypeyin hiddətini doğurub.
Çin müdafiə nazirliyinin sözçüsü bu gün bildirib ki, «Döyüş hazırlığı» birgə təlimləri Amerika və Tayvanın «sövdələşmələri və hərəkətləri»nə cavab məqsədilə keçirilib.
Bu Çin hərbi rəsmisi əlavə edib: Amerika senatının silahlı xidmətlər komitəsinin üzvü, respublikaçı senator Rik Skottun Tayvana səfəri Pekin-Vaşinqton əlaqələrini ciddi surətdə zəiflədib və Tayvan boğazında gərginliklərin artmasına səbəb olubdur.
O, xəbərdarlıq edib: Çin azadlıq ordusu daima müharibəyə hazırdır və «Tayvanın istiqlaliyyəti» qrupunun separatçı hərəkətləri və xarici qüvvələrin müdaxilələrinin qətiyyətlə dəf edilməsi üçün bütün lazımi tədbirləri görəcək.
Skott cümə günü Tayvanın prezidenti Tsay İnven ilə görüşdə Taypeyin iri «Rimpek» hərbi təlim-məşqlərində iştirakına ümidvar olduğunu bildirib.