ABŞ polisi miqrantlarla təhqiramiz davranır
Aparılan araşdırmalara əsasən, Amerika sərhədçiləri miqrantlarla təhqiramiz və qeyri-peşəkar davranırlar.
SəhərAzəri-nin məlumatına əsasən, nəticəsi cümə günü dərc edilən rəsmi araşdırmaya görə, ABŞ-ın sərhəd polisi Texas ştatında, Meksika sərhədi yaxınlığında, əksəriyyəti Haiti vətəndaşı olan və 2021-ci ilin sentyabrında Amerikaya girməyə çalışan minlərlə miqrantla qeyri-peşəkar və təhqiredici bir şəkildə davranıb.
Bu elə bir haldadır ki, Amerika polisinin Haitili mühacirlərə qarşı təhqiramiz davranışı ABŞ daxilində və bu ölkədən kənarda böyük səs-küy yaradıb.
Beynəlxalq Miqrasiya Təşkilatının bu yaxınlarda açıqladığı araşdırmaya görə, Meksika ilə ABŞ arasındakı sərhəd keçidi dünyanın ən təhlükəli quru keçididir.
Bu araşdırma, ABŞ-ın Texas ştatında tərk edilmiş bir yük maşınının qapalı hissəsində 53 miqrantın cəsədinin tapılmasından cəmi bir həftə sonra dərc edilib.
Cari ilin əvvəlindən bəri Meksikadan ABŞ-a keçmək istəyən ən azı 493 miqrant həyatını itirib ki, bu da ABŞ-da miqrant ölümlərinin artan tendensiyasını vurğulayır.