İyul 19, 2022 13:35 Asia/Baku
  • Amerika
    Amerika

Amerikada keçirilən yeni rəy sorğusunun nəticələri göstərir ki, bu ölkə xalqının 93 faizi ABŞ-da inflyasiyanın artmasından nigarandır.

SəhərAzəri-nin məlumatına əsasən, Foks Nyus-un apardığı bu sorğunun nəticələri həmçinin göstərir ki, respondentlərin yarıdan çoxu, yəni 52 faizi, gələn illərdə inflyasiyanın daha da pisləşəcəyinə əmindir.

İnflyasiyanın artması və Amerika xalqının alıcılıq qabiliyyətinin azalması, Bayden hökumətinə qarşı narazılıqların artmasına səbəb olubdur.

Hal-hazırda Amerika ailələrinin təqribən yarısı maddi sıxıntı ilə üzləşir.

ABŞ-ın mərkəzi bankı sayılan Federal Ehtiyat Sisteminin Rəhbərlər Şurasının sədri Cerom Pauell son zamanlar ABŞ konqresinin nümayəndələr palatasına məlumat vermişdi ki, bu ölkədə inflyasiya aylar boyu yüksəliş prosesi ilə müşayiət olunacaq.

Belə bir halda, Amerikada “CBS” telekanalının yeni rəy sorğusunun nəticələri göstərir ki, amerikalıların 75 faizi bu ölkədə iqtisadi vəziyyətin pisləşməyə doğru getməkdə olması qənaətindədir.

Ukraynadakı müharibə Amerikada koronavirusun yayılması ilə başlanan bahalıq dalğasının şiddətini artırıbdır.

 

Teqlər