İyul 29, 2022 11:05 Asia/Baku
  • Harri Kasparov qərbin Ukrayna oyununu ifşa edib

Rusiyalı məşhur müxalif siyasətçi qərbin Ukrayna müharibəsində Rusiyanın məğlubiyyətinin əleyhinə olduğunu deyib.

SəhərAzəri-nin məlumatına əsasən,Rusiyanın müxalif siyasətçisi Harri Kasparov deyib: Qərbdə bir çox siyasətçilər Ukraynanın bu müharibədə qələbəsindən və Rusiyanın dağıdıcı məğlubiyyətindən qorxurlar. Məhz buna görə də Qərb Ukraynanı müharibədə dönüş edə biləcək silahla təmin etməyə tələsmir. bu barədə 

Onun fikrinə görə, bir çox Qərb liderləri Rusiyanın Ukraynaya qarşı müharibədə dağıdıcı məğlubiyyətindən qorxurlar, çünki hadisələrin bu cür inkişafı, heş şübhəsiz, Rusiyanın daxılində böyük sarsıntılara gətirib çıxaracaq. Deməli, dünyanın siyasi mənzərəsi xeyli dəyişikliklərə məruz qalacaq.

Harri Kasparov, güman edir ki, Qərb siyasətçilərinin heç də hamısı tarixin belə çağırışlarına hazır deyil.

"Məhz buna görə də onlar bax, belə, necə deyərlər, "ölçülüb-biçilmiş siyasət" aparırlar: Ukraynaya o qədər silah verək ki, darmadağın olmasın, bir balaca ərzisini "geri alsın", amma bu zaman müharibənin gedişində dönüş etməyə imkan verən silah ötürülməsin", - Kasparov vurğulayıb.

"Qərbin Ukraynanı silahlandırmaqda belə siyasətə haqq qazandırmaq cəhdləri, guya, Ukrayna ordusu daha ciddi silahla təmin ediləcəyi təqdirdə üçüncü dünya savaşının başlaya biləcəyi barədə fikirləri Kasparov "tamamilə sayaqlama" və yalan adlandırıb.

Teqlər