Britaniyada ailələr yaşayış xərclərini ödəməkdən aciz qalıblar
Britaniya qəzetinin yazdığına görə, son statistik məlumatlar göstərir ki, Britaniya ailələrinin yarısı əvvəlki səviyyədə yaşayış xərclərini ödəməkdə çətinlik çəkirlər.
SəhərAzəri-nin Guardian qəzetinə istinadla məlumatına əsasən, Britaniyada yaşayış xərcləri, xüsusilə də ərzaq qiymətləri son qırx ilin ən yüksək səviyyəsinə qalxıb və bu, artıq ictimaiyyətin narahatlığına səbəb olub.
Müşahidəçi qurumlar deyirlər ki, Britaniyada ailələr inflyasiya və yaşayış xərclərinin artmasına səbəb olan elektrik və qaz ödənişləri üçün ilin sonuna qədər təxminən 4 min funt sterlinq ödəməli olacaqlar ki, bu da ilin əvvəlindən üç dəfə çoxdur.
Britaniyada dərc edilən hesabatlar da göstərir ki, ailələrin beşdə biri lazımi yaşayış xərclərini qarşılamaqda çətinlik çəkir və banklardan kredit götürməyə məcbur olur.
Britaniya mərkəzi bankı da son hesabatında bildirib ki, bu ölkədə ailələrin əsas ehtiyaclarını bank kredit kartları ilə almaq tələbləri son illərdə ən yüksək həddə çatıb.
Rusiya-Ukrayna müharibəsi Avropada enerji daşıyıcıları və ərzaq məhsullarının qiymətinin artmasına səbəb olub.