Avq 23, 2022 11:42 Asia/Baku

Rusiyanın tanınmış siyasi eksperti Aleksandr Duqin qızı Darya Duqinanın bombalı hücumda ölməsindən sonra ilk dəfə açıqlama verib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi "Belə dözülməz zərbələr bizi, xalqımızı qıra bilməz" deyə qızının ölumünə münasibət bildirib. 

Hücuma görə Ukraynanı ittiham edən Duqin deyib: "Hamınız bildiyiniz kimi, nasist Ukrayna rejiminin terror hücumu nəticəsində qızım Darya Duqina avqustun 20-də Moskva yaxınlığında "Tradisiya" adlı festivaldan qayıdarkən baş verən partlayışda vəhşicəsinə öldürülüb. Belə dözülməz zərbələr bizi, xalqımızı qıra bilməz. Onlar qanlı terror hücumları ilə iradəmizi qırmaq istəyirdilər. Bunu edə bilməyəcəklər".

Qızının ölümünə görə yalnız "intiqam" istəmədiklərini vurğulayan Duqin, "Ürəyimiz intiqam və ya cavab verməkdən daha çoxunu istəyir. Bizə sadəcə qələbə lazımdır" ifadəsini işlədib.

Bu arada Rusiya prezidenti Vladimir Putin Daria Duqinanın ailəsinə teleqram vuraraq, onlara başsağlığı verib. 

Teleqramda deyilir: "Əsl rus ürəyinə malik parlaq, istedadlı – mehriban, sevgi dolu Daria Duqinanın həyatına iyrənc, qəddar cinayət son qoydu".

Prezident həmçinin vurğulayıb ki, mərhum Daria Duqina xalqa, vətənə vicdanla xidmət edib, Rusiyanın vətənpərvər olmasının nə demək olduğunu əməli ilə sübut edib.

Qeyd edək ki, Darya Duqinanının ölümündə Ukrayna millətçiləri günahlandırılırlar

Moskva vilayətinin prokurorluğu artıq Daria Duqinanın qətli ilə bağlı işi nəzarətə götürüb.

Rusiyada avtomobilin partladılmasında ukraynalı "millətçilər" günahkar bilinirlər. Bu barədə İnterfaks-a Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.

Teqlər