Avq 27, 2022 13:08 Asia/Baku
  • Ekspertlər Almaniyada iqtisadi tənəzzüllə bağlı xəbərdarlıq edirlər

Almaniya iqtisadiyyatı bu ilin ikinci rübündə çox az artıb. Şirkətlərin vəziyyəti yaxşılaşmayıb, biznes mühiti də 2020-ci ilə nisbətən bir qədər pisləşib.

SəhərAzəri-nin məlumatına əsasən, Almaniyanın iqtisadi vəziyyəti bu ilin avqustunda son iki ilin ən pis səviyyəsinə çatıb. Təbii ki, ekspertlər vəziyyətin bundan da pis olacağını proqnozlaşdırırdılar. Onlar ilin üçüncü rübündə iqtisadi istehsalın daha da azalacağını gözləyirlər. 

Almaniya şirkətləri gələcək aylarda bizneslə bağlı gözləntilərində bədbindirlər.

İqtisadi vəziyyət və biznes mühiti ilə bağlı hesabatlar Münhendəki İFO İqtisadi Tədqiqatlar İnstitutu tərəfindən 9 min şirkətin məlumatları əsasında hazırlanır.

Bu məlumatlara görə, pərakəndə satışda vəziyyət xeyli pisləşib. Sənaye sektorunda vəziyyət sabit qalıb və dəyişməyib, lakin tikinti sektorunda vəziyyət yaxşılaşıb.

İFO İnstitutunun prezidenti Klemens Fuest deyib: "Şirkətlər arasında qeyri-müəyyənlik yüksək olaraq qalır, və bütövlükdə Almaniya iqtisadiyyatının üçüncü rübdə daralması gözlənilir".

Kommertsbank-ın baş iqtisadçısı Yorq Kramer də bu istiqamətdə Almaniyada xammal çatışmazlığına diqqət çəkib. 

VP Bank-ın baş iqtisadçısı Tomas Gitzelin də  ümidverici proqnozu yoxdur və Almaniya iqtisadiyyatının ciddi şəkildə tənəzzül astanasında olduğunu deyir.

O, istehlakçıların və şirkətlərin elektrik enerjisi və qazın qiymətinin kəskin bahalaşmasından əziyyət çəkdiyini bildirərək, iqtisadi tənəzzülün və ya sabitliyin davam etməsinin enerji bazarlarında baş verən proseslərdən asılı olduğunu vurğulayıb. 

Teqlər