Sen 03, 2022 11:06 Asia/Baku
  • Medvedev: Avropada Rusiya qazı olmayacaq!

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini xəbərdarlıq edib ki, qiymətinin yuxarı həddi tətbiq edildiyi halda Avropa İttifaqı ölkələrində Rusiya qazı olmayacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Dmitri Medvedev Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Rusiya qazı üçün yüksək qiymət tətbiq etmək çağırışını şərh edərkən bildirib ki, bu, neftdəki kimi olacaq. Avropada sadəcə, Rusiya qazı olmayacaq". 

Xatırladaq ki, Ursula fon der Leyen Rusiyadan boru kəməri ilə Avropaya nəql olunan qazın qiymətinin yuxarı həddini tətbiq edilməsi ilə bağlı çağırış edib. Onun sözlərinə görə, artıq belə bir addımın vaxtı çatıb.

Qərb jurnalistləri "Böyük Yeddilik" (G7) ölkələrinin Rusiya nefti və neft məhsullarının dəyərinə yüksək qiymət həddi tətbiq etməyi planlaşdırdıqlarını öyrəniblər. Layihəyə əsasən, neftin maksimum qiymət həddi 2022-ci il dekabrın 5-dən, neft məhsulları üçün isə 2023-cü il fevralın 5-dən tətbiq oluna bilər.

Teqlər