Minlərlə fransız Makronun istefasını tələb edib
Minlərlə fransalı bu ölkə prezidentinin istefa verməsini tələb edib.
SəhərAzəri-nin məlumatına əsasən, Parisin Pale-Royal meydanında soyuqların yaxınlaşması və Avropanın Rusiya ilə gərginliklərinin ardınca işıq və qazın kəsilməsi ehtimalından nigarançılıq yaşayan minlərlə fransalı bir aksiyada ölkəsinin prezidenti Emmanuel Makronun istefa verməsini tələb edib.
Fransalı etirazçılar Parisin Avropa Birliyi və NATO-dan çıxmasını da tələb ediblər.
Fransızların Makron administrasiyasına qarşı etiraz aksiyası sağçı Fransa Vətənpərvərlər Partiyasının tələbinin ardınca keçirilibdir.
Fransanın baş naziri bundan qabaq bu ölkə xalqına xəbərdarlıq etmişdi ki, enerji istehlakında məsuliyyətlə davranılmazsa, işıq və qazın kəsilməsi ehtimalı var.
Avropa ölkələrinin Ukrayna savaşı üstündə Rusiya ilə gərginliklərinin/ yaşıl qitə üçün enerji təmini barədəki nigarançılıqların şiddətlənməsinə bais olduğu bir halda, Fransanın baş naziri son zamanlar hökumətin elektrik enerjisi və qazın qiymətlərinin artırılması üzrə proqramından xəbər verib.
Fransa hökumətinin proqramına əsasən, qazın qiymətinin on beş faiz artması 2023-cü ilin yanvarından qüvvəyə minməli və ondan bir ay sonra işığın qiyməti də on beş faiz artmalıdır.
Fransa hökuməti bildiribdir ki, əgər hökumətin elektrik və qaz sahələrində tətbiq etdiyi məhdudiyyətlər icra olunmazsa, bu ölkədə işıq və qazın qiymətlərinin 120 faizlik artımı baş verəcək.