Sen 22, 2022 09:32 Asia/Baku
  • Lavrov: Rusiya istənilən sanksiya təzyiqinə tab gətirəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın istənilən sanksiya təzyiqinə tab gətirəcəyinə şübhə etmədiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə rusiyalı nazir "Newsweek" jurnalına müsahibəsində deyib.

“Biz maraqlarımızı qorumaq üçün bütün mövcud imkan və vasitələrdən istifadə etmək niyyətindəyik. Rusiyanın istənilən sanksiya təzyiqinə tab gətirəcəyinə şübhəm yoxdur”, - deyə Lavrov bildirib.

Eyni zamanda, nazir vurğulayıb ki, Moskva yeni xarici ticarət və maliyyə reallıqlarına uyğunlaşmağa və idxalın əvəzlənməsini intensivləşdirməyə davam edəcək.

O əlavə edib: “Dostlarla birlikdə qarşılıqlı ticarətdə ABŞ dollarının payını azaldacaq və qarşılıqlı hesablaşmaları milli valyutaya çevirəcəyik”.

Xatırladaq ki, cari ilin aprelində neft-qaz sektorunda vəziyyətlə bağlı keçirilən müşavirədə Rusiya prezidenti Vladimir Putin xarici ticarətdə milli valyutalarla ödənişlərin payını köklü şəkildə artırmaq niyyətində olduğunu bəyan edib və Rusiya valyuta bazarını buna hazırlamağı tapşırıb.

Teqlər