Sen 24, 2022 08:47 Asia/Baku
  • Bayden Rusiyanı daha çox sanksiyalarla hədələdi

ABŞ prezidenti Co Bayden deyib: "Əgər Rusiya Ukraynadan yeni əraziləri ölkəsinə ilhaq edərsə, onu “ciddi və təcili xərclər” gözləyir.

SəhərAzəri-nin məlumatına əsasən,  ABŞ prezidenti Rusiyanın Ukraynada referendum keçirmək planını "uydurma" adlandırıb və deyib: "Bu hərəkət Ukraynanın bəzi hissələrini güc yolu ilə ilhaq etməyə cəhd üçün saxta bəhanədir".

Cümə günü (23 sentyabr) səhər saatlarında Ukraynanın Moskvanın nəzarətində olan vilayətlərində Rusiya Federasiyasının tərkibinə daxil olmaq məsələsi ilə bağlı referendumlar başlayıb. Referendumun keçirildiyi Luqansk, Donetsk, Xerson və Zaporojya ümumilikdə Ukrayna ərazisinin təxminən 15 faizini təşkil edir. 

Referendumlar geniş şəkildə tənqid olunub.

Donetsk və Luqansk respublikalarında aparılan son rəy sorğusu zamanı məlum olub ki, bu respublikaların sakinlərinin əksəriyyəti Rusiyaya birləşmək istəyir.

Bu elə bir haldadır ki, Krım yarımadası da 2014-cü ildə analoji referendum vasitəsilə Rusiyaya ilhaq edildi.  

Teqlər