MAQATE Zaporojya AES-nin baş direktorunun həbsinə aydınlıq gətirilməsini istəyib
Beynəlxalq Atom Enerjisi Agentliyi Zaporojyadakı atom elektrik stansiyasının baş direktorunun həbsinə aydınlıq gətirilməsini tələb edib.
SəhərAzəri-nin məlumatına əsasən, Beynəlxalq Atom Enerjisi Agentliyinin sözçüsü şənbə günü Rusiya tərəfindən həbs edildiyini iddia edilən Zaporojyadakı AES-in baş direktoru İqor Muraşovun vəziyyəti ilə bağlı Rusiya hakimiyyət orqanlarından izahat tələb etdiyini bildirib.
Ukrayna dövlətinə məxsus Enerqoatom şirkətinin rəhbəri Petro Kotin iddia edib ki, İqor Muraşov cümə günü saat 16 radələrində Avropanın ən böyük nüvə stansiyasından Enerhodar şəhərinə gedərkən saxlanılıb.
Kotin Telegram səhifəsində yazıb: "Onu avtomobildən çıxarıb, gözlərini bağlayaraq naməlum istiqamətə sürüblər". Muraşovun taleyi ilə bağlı heç bir açıqlama verilməyib.