Okt 03, 2022 13:57 Asia/Baku
  • M. Zaxarova:

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi üstüörtülü şəkildə “Şimal axını” qaz boru kəmərində təxribatın səbəbkarı kimi ABŞ hökumətini təqdim edib.

SəhərAzəri-nin məlumatına görə, Mariya Zaxarova bazar ertəsi bildirib ki, ABŞ dövlət katibi Entoni Blinken bu hadisə ilə bağlı verdiyi açıqlamada üstüörtülü şəkildə "Şimal Axını"nda təxribatın motivlərini etiraf edib. 

O, sözlərinin davamında deyib: "Blinken açıq şəkildə, tərəddüd etmədən ABŞ və onun NATO tərəfdaşlarının "Şimal axını-1" və "Şimal axını-2" boru kəmərlərini məhv etmək motivlərinin olması barədə danışıb". 

Rus diplomat ABŞ dövlət katibinin Kanadanın xarici işlər naziri Melani Coli ilə keçirdiyi birgə mətbuat konfransında ABŞ-da mayeləşdirilmiş təbii qazın(LNG) istehsalının artırılması haqqında necə danışdığını və indi ABŞ-ın Avropanın aparıcı təchizatçısına çevrildiyini iddia etdiyini xatırladıb. 

Zaxarovanın sözlərinə görə, Entoni Blinken iddia edib ki, "Şimal axını" qəzası Rusiya enerjisindən asılılıqdan birdəfəlik xilas olmaq və Moskvanı enerji resurslarının satışından əldə etdiyi gəlirdən məhrum etmək üçün heyrətamiz fürsət hesab edilməlidir.  

Eyni zamanda, Blinken bir daha Rusiyanı enerjidən silah kimi istifadə etməkdə ittiham edib.

Ötən çərşənbə axşamı Danimarka və İsveç suları yaxınlığında Rusiya qazını Avropaya daşıyan "Şimal axını-1" adlı qaz kəmərindən qaz sızması ilə bağlı iki hadisə və "Şimal axını-2" qaz kəmərindən bir qaz sızması faktı qeydə alınıb.

Teqlər