Okt 05, 2022 12:48 Asia/Baku
  • ABŞ-ın silah yardımları Rusiya-NATO qarşıdurması yarada bilər

Amerikanın Ukraynaya silah yardımlarını tənqid edən Rusiya hökumətinin yüksək vəzifəli rəsmisi deyibdir ki, bu hərəkət Moskva ilə NATO-nu birbaşa qarşıdurmaya yaxınlaşdırır.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya cari il fevralın 24-də NATO-nun bu ölkə sərhədindəki təhrikedici hərəkətlərinn ardınca Ukraynada hərbi əməliyyata başladı.

Qərb ölkələri, xüsusən ABŞ Ukraynadakı döyüşlərin dayandırılması və gərginliklərin azaldılması istiqamətində nəinki heç bir addım atmayıblar, əksinə Ukraynaya silah və sursat göndərmək və Rusiyaya təzyiq göstərməklə bu gərginlikləri bir az da qızışdırıbar.

Rusiya Xarici İşlər Nazirliyinin silahlara nəzarət və onların yayılmaması üzrə departamentin rəis müavini Konstantin Vorontsov dünən BMT Baş Assambleyasının Birinci Komitəsinin iclasında vurğulayıb: Amerikanın Ukraynaya silah yardımları Rusiya ilə NATO arasında birbaşa hərbi qarşıdurmaya səbəb olacaq.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son zamanlar bildirmişdi ki, Amerika Rusiyanı nüvə silahından istifadə səmtinə çəkmək üçün heç bir həddi-hüdud tanımır və hər bir vasitədən isifadə edir.

O, demişdi: Vaşinqton heç bir həddi-hüdud olmadan Moskvanı nüvə proqramlarından istifadəyə vadar etmək üçün özünün bütün vasitələrindən istifadə edibdir.

Rusiyanın sabiq prezidenti və bu ölkənin təhlükəsizlik şurasının sədri Dmitri Medvedev də deyibdir ki, ölkəsi öz nüvə doktrinasına əsasən və ehtiyac olan təqdirdə, özünü nüvə silahları ilə müdafiə etmək haqqına malikdir və son dərəcə təzyiq altında qalarsa, bu seçim mütləq həyata keçiriləcəkdir.

 

Teqlər