Ukraynanın ümidləri puç olur
Rusiyadan sionist rejimə misli görünməmiş xəbərdarlıq - TƏHLİL
Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev sionist İsrailə xəbərdarlıq edib ki, Ukraynanı silahlandırmaq üçün atacağı istənilən addım Rusiya ilə İsrail arasında münasibətləri pozacaq.
SəhərAzəri-nin məlumatına əsasən, hazırda Rusiya Milli Təhlükəsizlik Şurasının sədr müavini olan Medvedev Telegram kanalında yazıb: “Görünür, İsrail Kiyev rejiminə silah göndərməyə hazırlaşır; Bu hərəkət çox ehtiyatsız qərardır”.
Maraqlıdır ki, sionist rejimin rəsmiləri Rusiya Təhlükəsizlik Şurası müavininin təhdidindən sonra öz mövqelərindən geri çəkilməyə məcbur olub Ukraynaya silah və hərbi texnika tədarükünün mümkün olmasdığını etiraf ediblər.
Medvedevin Təl-Əvivə qarşı sərt mövqeyi Ukraynanın Rusiyanın raket və pilotsuz təyyarələrinin hücumlarına qarşı hava hücumundan müdafiə sistemləri almağa təzyiqinin artdığı bir vaxtda ifadə olunub. Sionist rejimin hazırda bir neçə növ hava və raketdən müdafiə sistemləri var ki, Kiyev onları almağa can atır. Ukrayna hökuməti daha əvvəl Təl-Əvivdən Rusiyaya qarşı mübarizə aparmaq üçün Kiyevə hava hücumundan müdafiə sistemləri və digər qabaqcıl silahlar verməsini xahiş etmişdi.
Rusiya-Ukrayna müharibəsinin əvvəlində İsrail ona qarşı neytral mövqe tutmağa çalışsa da, bu müharibənin davam etməsi və ABŞ-ın Rusiyaya qarşı konkret tədbirlər üçün və Ukraynanın xeyrinə təzyiq etməsi fonunda Təl-Əviv tədricən praktiki dəstəyə doğru irəliləyib. Əslində, Təl-Əvivin Qərblə eyni cinahda mövqe tutması və anti-Rusiya mövqeləri sərgiləməsi səbəbindən Rusiya ilə sionist rejim arasında münasibətlər gərgin dövrə daxil olub.
Digər tərəfdən Ukraynada israilli muzdluların olmasının üzə çıxması, eləcə də Təl-Əvivin Ukraynanın hərəkətlərini pisləməkdən imtina etməsi Təl-Əvivin həqiqi mövqelərini ortaya qoydu. Ötən həftə Rusiyanın Təl-Əvivdəki səfirliyi İsrail rejiminin Moskvanın Ukraynaya hücumlarını pisləyən bəyanatına reaksiya verərək bildirib: “İsrail Ukraynanın Donbass bölgəsində dinc əhaliyə qarşı davamlı terror hücumları ilə bağlı səkkiz ildir ki, səssiz qalıb”.
Şübhəsiz ki, Təl-Əvivin Kiyevə dəstəyi Moskvanın sionist rejimə qarşı ümumi mövqeyini dəyişəcək və bunun təsirləri müxtəlif sahələrdə, o cümlədən Suriyada açıq şəkildə özünü göstərəcək.