Okt 24, 2022 13:25 Asia/Baku
  • Zelenski Rusiyanın “çirkli bomba” ittihamlarını rədd edib

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevin "çirkli bomba"dan istifadə etməyə hazırlaşdığına dair iddialarını rədd edib.

SəhərAzəri-nin məlumatına əsasən, Bu ittihamı Rusiyanın müdafiə naziri Sergey Şoyqu NATO-ya üzv ölkələrlə telefon danışığında səsləndirib.

Zelenski sosial şəbəkələrdə bildirib ki, əgər Rusiya zəng edib deyirsə ki, guya Ukrayna nəsə hazırlayır, bu, yalnız bir şey deməkdir; Rusiya bütün bunları artıq hazırlayıb. İnanıram ki, indi dünya mümkün qədər sərt reaksiya verməlidir". 

O, əlavə edib: "Əgər Rusiya eskalasiyanın yeni mərhələsini hazırlayırsa, indi qabaqlayıcı şəkildə və özünün yeni "kirlərindən" əvvəl dünyanın bunu qəbul etməyəcəyini görməlidir".

Zelenski deyib: "Moskvanın nüvə arsenalından imtina etmiş ölkəmizə qarşı nüvə silahı tətbiq etməklə hədələməsi Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə və Ukraynaya daha böyük dəstək verməyə haqq qazandırır".

Daha əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kouleba sosial şəbəkədə demişdi ki, Ukraynanın çirkli bombadan istifadə etməyə hazırlaşdığı barədə Rusiyanın uydurmaları təhlükəli olduğu qədər də absurddur.

"Ruslar tez-tez özlərinin planlaşdırdıqları şeydə başqalarını ittiham edirlər", o əlavə edib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bazar günü britaniyalı, fransız və türkiyəli həmkarları ilə telefon danışığında Ukraynanın çirkli bombadan istifadə ilə mümkün təxribatlarından narahat olduğunu bildirib.

Teqlər