Okt 24, 2022 15:04 Asia/Baku
  • Amerikalıların əksəriyyəti ölkə rəsmilərinə inamını itirib

Amerikada aparılan sorğunun nəticələri göstərib ki, Amerika xalqının 71 faizi öz ölkəsinin hakimiyyət orqanlarına etibar etmir.

SəhərAzəri- "İRNA"nın məlumatına görə, "NBC News"un son sorğusu göstərir ki, amerikalıların əhəmiyyətli əksəriyyəti ABŞ-ın "səhv istiqamətdə" getdiyini düşünür.

Noyabrın 8-də keçiriləcək ara seçkilər bu rəy sorğusunun başqa bir hissəsi idi ki, qeydiyyatdan keçmiş seçicilərin əksəriyyəti bu seçkinin onlar üçün keçmiş ara seçkilərdən "daha vacib" olduğunu bildirib.

Bu rəy sorğusuna görə, etibarlı Demokrat və Respublikaçı seçicilərin üçdə ikisi hətta partiyanın siyasi namizədinin öz dəyərlərinə uyğun olmayan mənəvi uğursuzluğu olsa belə, bu şəxsi dəstəkləyəcəklərini deyirlər. 

NBC News-un sorğusuna əsasən, amerikalıların 77 faizi bu seçkidə səslərinin dəqiq hesablanacağına inanır ki, bu da əvvəlki seçkilərə nisbətən etimadın artdığını göstərir.

Sorğu zamanı amerikalıların 60%-i prezident Co Baydenin 2020-ci ildə legitim qalib gəldiyini, 33%-i isə legitim qalib gəlmədiyini söyləyib.

NBC News-un məlumatına görə, bu, onların apardıqları altıncı sorğudur ki, amerikalıların öz ölkələrinə inamsızlığı 70 faizdən yuxarıdır.

Siyasi analitik və Dillard Universitetinin professoru Robert Collins Newsweek-ə deyib: "Bu seçki nikbinlikdən daha çox qorxuya əsaslanır".

Sorğulara görə, ümumilikdə bu aralıq seçkilərdə seçicilərin əsas prioritetləri iqtisadiyyat ətrafında cəmlənib.

ABŞ Konqresi üçün noyabrda keçiriləcək aralıq seçkilər bütün Birləşmiş Ştatlarda 435 deputat, 35 senator, 39 qubernator və çoxlu sayda yerli və əyalət rəsmilərini seçmək üçün keçiriləcək.

Teqlər