Rusiya İslam Dünyasına yaxınlaşır
Lavrov: "Biz İslam ölkələri ilə əməkdaşlığın gücləndirilməsi üçün çalışırıq"
Okt 25, 2022 11:29 Asia/Baku
"Biz İslam ölkələri ilə əməkdaşlığın gücləndirilməsi üçün çalışırıq"
SəhərAzəri-nin məlumatına əsasən, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Taha ilə görüşündə deyib.
Lavrov qeyd edib: "Rusiya və İslam sivilizasiyası ölkələri köhnə və etibarlı tərəfdaşlardır. Sözügedən ölkələr təhlükəsizlik və sabitliyin təmini, iqtisadi məsələlərin həlli sahəsində əməkdaşlıq edirlər. Bizim məqsədimiz İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin ictimai-siyasi xarakterinə, mənəvi-əxlaqi dəyərlərinə hörmətlə yanaşaraq bütün sahələrdə əməkdaşlığı mümkün qədər gücləndirməkdir”.