Rusiya BMT TŞ yığıncağının təşkil edilməsini istəyib
https://azeri.sahartv.ir/news/dünya-i394448-rusiya_bmt_tŞ_yığıncağının_təşkil_edilməsini_istəyib
Rusiyanın BMT-dəki nümayəndəsi Ukraynanın «çirkli bomba»dan istifadə etməsi ehtimalının bildirilməsindən sonra həmin ölkədəki bioloji laboratoriyalar barədə BMT Təhlükəsizlik Şurasının yığıncağının təşkil olunmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2022 09:41 Asia/Baku
  • Rusiya BMT TŞ yığıncağının təşkil edilməsini istəyib

Rusiyanın BMT-dəki nümayəndəsi Ukraynanın «çirkli bomba»dan istifadə etməsi ehtimalının bildirilməsindən sonra həmin ölkədəki bioloji laboratoriyalar barədə BMT Təhlükəsizlik Şurasının yığıncağının təşkil olunmasını istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, Mötəbər mənbələr keçən günlərdə, Kiyevin Rusiyanı nüvə silahından istifadə etməkdə ittiham etmək məqsədilə Ukraynada «çirkli bomba» partlayışı ilə bağlı təhrikedici hərəkət niyyətində olduğunu bildiriblər.

Rusiyanın BMT-dəki nümayəndəsi Dmitri Polyanski xəbərdarlıq edibdir ki, BMT Ukraynadakı bioloji laboratoriyalara diqqət yetirməli və bununla əlaqədar xüsusi həssaslıq göstərməlidir.

Rusiyanın BMT-dəki nümayəndəsi qeyd edib ki, Moskva BMT Təhlükəsizlik Şurasından qarşıdakı iki gündə bu sahədə yığıncaq keçirməsini istəyibdir.

Belə bir halda, Rusiya prezident administrasiyasının sözçüsü Dmitri Peskov bazar ertəsi günü ukraynalı rəsmilərin rus qüvvələrə qarşı radioaktiv bomba növündən istifadə ilə təhdid etmələrini real və ciddi təhdid adlandırmışdı.