Noy 02, 2022 12:09 Asia/Baku
  • Pxenyandan C.Koreya-ABŞ hərbi təlimlərinə reaksiya

Şimali Koreyada hakim Fəhlə partiyasının katibi Cənubi Koreya-ABŞ hərbi təlimlərinə reaksiyada bu iki ölkəni atom silahından istifadə il hədələyib.

SəhərAzəri-nin məlumatına əsasən, Pak Çen Çın dünən gecə əlavə edibdir ki, Şimali Koreyanın silahlı qüvvələri öz strateji tapşırıqlarını yerinə yetirə bilərlər.

Şimali Koreyada hakim Fəhlə partiyasının katibi təhdid edibdir ki, Koreya-ABŞ hərbi təlimlərinin davam edəcəyi halda, bu iki ölkə tarixin ən qorxunc bədəlini ödəyəcək.

Belə bir halda, Şimali Koreyanın Xarici İşlər Nazirliyi bazar ertəsi günü gecə bir bəyanatda Amerika ilə Cənubi Koreyadan öz hərbi təlimlərini dayandırmalarını istədi.

Amerika və Cənubi Koreya bazar ertəsi günü, hər iki tərəfdən yüzlərlə qırıcının iştirakı ilə özlərinin ən iri müştərək hərbi təlimlərindən birinə başladılar.

 

Teqlər