Dek 04, 2022 21:47 Asia/Baku
  • suiti
    suiti

Xəzərdə suitilərin kütləvi ölüm halları artıb.

TASS xəbər verir ki, Qırmızı Kitaba düşən suitilərin ölüm sayı artaraq 2500-ə çatıb.

Hazırda Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ölmüş suitilərin sayını hesablamağa davam edir.

Qeyd olunur ki, ölü heyvanlar Yüzbaş ərazisində, eləcə də Sulak və Şurinka çaylarının mənsəbləri arasında aşkar edilib.

Qeyd olunub ki, bu, son 10 ildə Xəzər suitilərinin qeydə alınan kütləvi ölümüdür.

Suitilərin ölüm halları aparılan monitorinqlərin nəticəsindən sonra bəlli olacaq.

Mütəxəssislərə görə Xəzər dənizi göl olduğuna görə, bu dənizdə çirklənmələr bir başa onun ətraf mühitinin korlanmasına səbəb olur. Məhz buna görə də Xəzər dənizindəki enerji və sənaye layihələri, eləcə də sahilyanı ərazilərdən dənizə sənaye və məişət tullantılarının axıdılması çox böyük faciələrə gətirib çıxara bilər.