Dek 06, 2022 18:00 Asia/Baku
  • Fransada koronavirusun 9-cu dalğası; Bir həftədə 400 nəfər ölüb

Yenidən maska ​​taxmalıyıq, yoxsa yox? Fransada Koronavirusun doqquzuncu dalğasının başlaması ilə ölkənin ictimai fikrini, mediasını və rəsmilərini düşündürən sual budur.

Fransada koronavirus sürətlə yayılır və bu ölkə Kovid xəstəliyinin doqquzuncu dalğasına daxil olur.

Fransa Səhiyyə Nazirliyi bildirir ki, son iki həftə ərzində virusa yoluxanların sayı 77 faiz, ağır xəstələrin sayı 14 faiz, Koronavirusdan ölüm halları isə 7 faiz artıb.

Təəssüflə təkcə son bir həftədə Fransa xalqından 400 nəfərdən çox Covid-19 xəstəliyi səbəbindən həyatını itirib. Bununla belə, faktlara əsasən, fransızların əksəriyyəti yenidən maska ​​​​taxmağa razı deyil.

Fransa 38 milyondan çox xəstə və 159 min ölümlə qlobal koronavirus cədvəlində üçüncü yerdədir və əhalisinin yarısından çoxunun bu virusa yoluxduğu azsaylı ölkələrdən biridir.

Bununla belə, fransızların hamısı peyvənd qrafikinə uyğun deyillər. Həssas qruplar arasında peyvənd minimal və ya çox cüzi olaraq, qalır.

Fransa hökuməti deyir ki, Koronavirusun doqquzuncu dalğası idarə olunmazsa, ilin sonu tətillərindən əvvəl maska ​​taxmağı yenidən məcburi etməyə hazırdır, lakin Fransanın Səhiyyə naziri Fransua Beron insanlardan ictimai yerlərdə maska ​​taxmağı xahiş edib.

2022-ci ilin son ayında koronavirusun doqquzuncu dalğasının başlaması ilə; Fransada hər gün orta hesabla bu virusun ştammlarına 50 mindən çox yoluxma halı qeydə alınır ki, bu da əvvəlki ayla müqayisədə iki dəfə çoxdur.