Dek 13, 2022 12:39 Asia/Baku
  • ABŞ-da evsizlik böhranı kəskinləşir

Araşdırmalar göstərir ki, son beş ildə Amerikada evsizlər arasında ölüm hallarının sayı xeyli artıb.

"İRİB"in məlumatına görə, Los-Ancelesin yeni meri Karen Bass varlı sayılan şəhərdə evsizlərin sayının artması ilə əlaqədar "fövqəladə vəziyyət" elan edib.

Karen Bass Amerikanın ikinci ən böyük şəhərinin ən çətin və həlledilməz problemlərindən biri kimi evsizliyin həlli ilə bağlı köklü dəyişiklik vəd edib və deyib: "Los-Ancelesdə 40 mindən çox insanın əziyyət çəkdiyi və hər birimizə təsir edən evsizlik böhranı hər gün beş nəfərin həyatına son qoyur. On minlərlə insan Los-Anceles küçələrində yatır, çadırları şəhərin hər yerinə səpələnmişdir, zibillərlə dolu düşərgələr dünyanın ən zəngin şəhərlərindən birini ziyarət etməyə gələn turistləri şoka salır. Psixi sağlamlıq problemləri və narkotik maddələrdən sui-istifadə problemləri evsizlər arasında geniş yayılmışdır".

Bass əlavə edib: "Amerikada kirayə və yaşayış xərclərinin artması ilə eyni zamanda sığınacaqlar köməyə ehtiyacı olan insanların sayının artdığını bildirirlər".

ABŞ-da kirayə qiymətləri son 40 ildə ən yüksək sürətlə artıb.

Araşdırmalar göstərir ki, son 5 ildə evsiz vəziyyətdə dünyasını dəyişənlərin sayı xeyli artıb.

 

Teqlər