Ukraynaya daha çox hərbi yardımlar ardıncayıq
Bunu ABŞ prezidenti deyib. Bildirib ki, Ukraynadakı müharibə həssas bir dövrdədir və biz ukraynalılara kömək üçün əlimizdən gələn hər işi görməliyik
Co Bayden sonra söyləyib: Rusiya öz vəhşicəsinə hərəkətlərini azaltmaq istiqamətində bir addım atmayıb. Onlar özlərinin bu gedişatlarını əsla buraxmayıblar.
Bayden əlavə edib: Bu gün axşam Almaniya kansleri Olaf Şolts ilə Ukrayna, həmçinin bizimlə Avropa Birliyi arasındakı ittifaq barədə telefon əlaqəsi saxladıq. Yaponiya kimi ölkələr, habelə başqalrı bizimlə həmfikirdirlər. Biz bu gün birgə bəyanat yaydıq və o, bundan ibarət idi ki, Ukraynaya dəstəyimizi artıracağıq. Biz və Almaniya Ukrayna üçün hərbi təchizat və avtomobillər təşkil edə bilərik.
Almaniya həmçinin bu gün bildiribdir ki, Rusiyanın hava hücumları qarşısında özünü müdafiə etməsi üçün Ukraynaya “Patriot” raket sistemləri verə bilər