Fev 15, 2023 18:22 Asia/Baku
  • Fransada həkimlər nümayiş keçirir

Fransız həkimlər səhiyyə islahatlarına etiraz ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Dünən, çərşənbə axşamı on minlərlə fransalı həkim ofislərini bağlayaraq, nümayiş keçiriblər və səhiyyə qanununda yeni islahatlara etiraz ediblər.

Fransanın səhiyyə və sağlamlıq qanunvericiliyində yeni islahatlara əsasən, tibb bacıları da daxil olmaqla, səhiyyə sahəsində çalışan bir çox insanın əvvəlcədən həkim məsləhəti almadan xəstələrə müalicə və tibbi xidmət göstərə bilərlər. 

Bu nümayişin təşkilatçıları fransız həkimlərin sayının on mindən çox olduğunu açıqlayıblar, lakin ölkə polisinin məlumatına görə, bu etiraz aksiyasında dörd min beş yüzə yaxın həkim iştirak edib.

Teqlər