Qaluzin: Bu, geosiyasi qərardır
Rusiya Avropa İttifaqının Cənubi Qafqaza missiya göndərməsini qınayır
Fev 22, 2023 16:45 Asia/Baku
Rusiya xarici işlər nazirinin müavini Brüsselin Avropa İttifaqının Ermənistandakı missiyası ilə bağlı qərarının geosiyasi hərəkət adlandırıb.
Mixail Qaluzin deyib ki, Brüsselin Aİ-nin Ermənistandakı missiyası ilə bağlı verdiyi qərarın bir səbəbi var; bu qərar aydın geosiyasi kontekstə malikdir və bu, Zaqafqaziyada real sabitləşməyə kömək etmir.
Mixail Qaluzin Bakı ilə İrəvan arasında bu məsələdə konsensusun olmamasını vurğulayıb.