“Zelenski yeriyə bilməyən Mişaya baxsın!”
Rusiyanın XİN sözçüsü Ukrayna prezidentinə Gürcüstan nümunəsindən ibrət almağı məsləhət görüb
Rusiya XİN sözçüsü Mariya Zaxarova Baydenin Kiyevə səfərini şərh edərkən Ukrayna liderinin Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin taleyi ilə üzləşəcəyinə əmin olduğunu bildirib.
Mariya Zaxarova deyib: “Bayden və Zelenskinin görüşünə baxanda əvvəlki Amerika layihələrinin taleyini unutma! Saakaşvilinin, Quaidonun taleyi həyatını amerikalılara satanların hamısını gözləyir. Dünya Mişanın çarpayısına qədər belə gedə bilməməsinin görüntülərini izlədi.
Zaxarova qeyd edib ki, Saakaşvili Qərbdə xatırlanmaq üçün pul ödəyir. Saakaşvili Tiflisdən çıxmaq, həmvətənlərinin ədalətindən xilas olmaq üçün artıq bir milyon dollara yaxın pul xərcləyib.