Rusiya Kiyevə verilən silahların qarşısında adekvat tədbirlər görüləcəyini bildirir
Şoyqu: Rusiya ordusu təhlükəni sərhəddən uzaqlaşdıracaq
Rusiyanın müdafiə naziri Kiyevə verilən silahların qarşısında ölkəsinin adekvat tədbirlər görəcəyini bildirib.
Sergey Şoyqu ölkə başçısı Vladimir Putinin sözlərini şərh edərkən deyib: “Xüsusi hərbi əməliyyat çərçivəsində Rusiya qoşunlarının Ukrayna ərazisinin dərinliklərinə doğru irəliləməsi, digər məsələlərlə yanaşı, həm də Qərbdən Kiyevə hansı uzaqmənzilli silahların veriləcəyindən asılı olacaq. Bu, Qərb tərəfindən Kiyevə veriləcək silahlardan asılıdır”.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bu günlərdə Federal Məclisə müraciətində sözügedən məsələyə toxunub:
“Ukraynaya nə qədər uzaqmənzilli Qərb sistemləri gələcəksə, biz təhlükəni sərhədlərimizdən bir o qədər uzaqlaşdırmağa məcbur olacağıq”, - deyə Rusiya lideri vurğulayıb.
Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib ki, Ukraynaya nə qədər uzaqmənzilli Qərb sistemləri gələcəksə, Rusiya da təhlükəni sərhədlərindən bir o qədər uzaqlaşdırmağa məcbur olacaq.