Rusiya XİN Qərbi Cənubi Qafqaza soxulmaqda ittiham edib
Mart 01, 2023 12:56 Asia/Baku
Mariya Zaxarova: Yalnız Rusiyanın sülh təşəbbüsü nəticə verə bilər
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli Rusiyanın sülh təşəbbüsləri ilə həyata keçəcək.
Mariya Zaxarova Qərbin Cənubi Qafqazdakı vəziyyətə soxulmaq cəhdlərini kobudluq kimi qiymətləndirib və deyib: “Bu cəhdlər münaqişənin həllinə deyil, tamam başqa məqsədlərə hesablanıb. İndi Qərb daha da fəallaşıb”.
Rusiya XİN sözçüsü xatırladıb ki, Qərb tərəfdaşlarının iştirakı ilə münaqişələrin həlli ilə bağlı uğurlu nümunələr yoxdur və Qərbin təşəbbüsü ilə münaqişələrin sayı artır: "Heç kim deyə bilməz ki, harasa kollektiv Qərbin ayağı, əli və ya düşüncəsi gəlib və ora daha yaxşı hala gəlib".