Mart 16, 2023 15:27 Asia/Baku
  • Biz Rusiya ilə münaqişə axtarmırıq

ABŞ ordusunun Birləşmiş Qərargah Rəislər Komitəsinin başçısı Qara dəniz səmasında Amerika pilotsuz təyyarəsinin keçirdiyi qəzaya münasibətində deyib ki, biz Rusiya ilə münaqişə axtarmırıq.

ABŞ Ordusunun Birləşmiş Qərargah Rəisi Mark Milley müdafiə naziri Lloyd Austin ilə Vaşinqtonda keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Rusiya ağır itgilərlə üzləşməsinə baxmayaraq Baxmut istiqamətində irəliləyişə nail olub. Rusiya prezidentinin Ukrayna ilə bağlı addımlarını öncədən təyin etmək heç də mümkün deyil.

Yüksək rütbəli amerikalı məmur Qara dəniz səmasında Amerika pilotsuz təyyarəsinin keçirdiyi qəzanın səbəbilə bağlı deyib ki: Biz Rusiya ilə münaqişə axtarmırıq və beynəlxalq hava məkanında yalnız öz mənafeyimizi güdürük.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin də bu mətbuat konfransı çıxışında deyib: “Mən rusiyalı həmkarımla Amerika pilotsuz təyyarəsinin Qara dəniz üzərində düşməsi hadisəsi ilə bağlı telefonda danışdım və düşünürəm ki, bu əlaqə kanallarının qorunması gələcəkdə hər hansı anlaşılmazlığın qarşısını almağa kömək edəcəkdir”.

Ostin Ukraynadakı hadisələrə də toxunaraq bildirib ki: Amerikada respublikaçılar və demokratlar Ukraynanı dəstəkləyirlər və biz vəziyyətin bu şəkildə davam edəcəyini proqnozlaşdırır və gözləyirikdik.

O, sözünə əlavə edərək deyib ki: Ukrayna qüvvələrinin Baxmut istiqamətində yerləşdirilməsi məsuliyyəti bu ölkənin prezidentinin üzərinə düşür və bu şəhərdən geri çəkilmək məğlubiyyət demək deyil. ABŞ-ın çoxlu müttəfiq ölkələri Ukrayna hərbi qüvvələrinə təlim keçirlər.

ABŞ-ın müdafiə naziri ölkəsinin Türkiyə ilə əlaqələrinə də işarə edərək vurğulayıb: Türkiyə NATO-nun üzvü və ABŞ-ın mühüm tərəfdaşıdır və biz bu ölkə ilə münasibətləri gücləndirmək üçün əlimizdən gələni edirik.

 

 

Teqlər