ABŞ-ın Minnesota ştatında radioaktiv maddələr sızıb
ABŞ-ın Minnesota ştatındakı bir atom elektrik stansiyasında 1,5 milyon litrdən çox radioaktiv suyun sızması, yeraltı və yerüstü suların bulanması barədə bir çox nigarançılıqlara səbəb olub.
SəhərAzəri-nin məlumatına əsasən, Minnesotanın şimal-qərb təsisatlarını idarə edən «Eksel Enerji» şirkəti bildiribdir ki, tərkibində tritium olan 1,5 milyon litrdən çox radioaktiv suyun sızması hadisəsi ötən ilin noyabrında baş verib. Amma şirkət baş vermiş hadisəni ümumi şəkildə təsdiq etməkdən ötrü nə üçün üç ay gözlədiyinə aydınlıq gətirməyibdir.
Sızma, Minnesota ştatının eyniadlı şəhərinin şimal-qərbindən altmış üç kilometr aralıda yerləşən Montisello atom elektrik stansiyasındakı iki bina arasında yerləşən bir boru kəmərində baş verib. «Eksel Enerji» şirkətinin mərkəzi ofisi sözügedən məkanda yerləşir.