Mart 22, 2023 17:21 Asia/Baku
  • Fransa sionist rejim nazirinin fələstinlilərə qarşı sözlərini məsuliyyətsiz sözlər adlandırıb

Fransa xarici işlər nazirliyi bir bəyanatda sionist rejimin maliyyə nazirinin fələstinlilərin tarixinin rədd olunması barədəki təhrikedici sözlərini məsuliyyətsiz sözlər adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Bəyanatda deyilir: Paris İsrail rejimi hökumətini gərginliklərin şiddətlənməsinə gətirib çıxara biləcək hər hansı hərəkət və sözlərdən çəkinməyə çağırır.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Cozep Borrel də sionist rejimin maliyyə nazirinin fələstinlilərin tarixinin rədd olunması barədəki təhrikedici sözlərini təhqiredici və təhlükəli adlandırıb.

Borrel Avropa Birliyinin Brüssel qərargahında keçirdiyi mətbuat konfransında bildirib ki, ilk dəfə deyildir ki, Smotriçin sözlərindən nigarançılıq ifadə edir.

Bu sözlər vəziyyətin olduqca gərgin olduğu bir şəraitdə təhqiredici, təhlükəli və qeyri-konstruktivdir- deyə, Borrel əlavə edib.

Fələstin muxtariyyətinin baş naziri Muhəmməd Ştaye isə sionist rejimin maliyyə nazirinin sözlərini terrorçu və irqçi sözlər adlandırıb.

Bu sözlər təklikdə Beynəlxalq Cinayət Məhkəməsinə təqdim olunmaq üçün yetər- deyə, Fələstin muxtariyyətinin baş naziri vurğulayıb.

O, BMT-ni, Avropa Birliyini və bütün beynəlxalq təşkilatları bu kimi sözləri pisləməyə, həmçinin İsrail rejiminin sanksiya edilməsi və törətdiyi cinayətlərə görə, cəzalandırılması barədəki beynəlxalq qətnamələri fəallaşdırılmağa və Təl-Əvivə cəzadan qaçmağa icazə verməməyə çağırıb.

Sionist rejimin maliyyə naziri Bezalel Smotriç bazar günü Parisdə keçirilən bir mərasimdə iddia edibdir ki, Fələstin xalqı adında bir şey mövcud deyildir.

O, habelə iddia edibdir ki. Fələstin xalqı ötən əsrdən qalmış bir ixtiradır və o və əcdadı kimi insanlar əsl fələstinlilərdirlər.

Smotriç bundan qabaq Nablusun cənubunda yerləşən Həvarə bölgəsində sionist qəsəbə sakinlərinin fələstinlilərə qarşı hücumlarına da dəstək vermiş və bölgədə etnik təmizləmənin aparılmasını istəmişdi.

 

Teqlər