Sudanda atəşkəsin elan edilməsinə baxmayaraq, döyüşlər davam edir
https://azeri.sahartv.ir/news/dünya-i399350-sudanda_atəşkəsin_elan_edilməsinə_baxmayaraq_döyüşlər_davam_edir
Sudanın paytaxtı Xartumda Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında müvəqqəti atəşkəsin elan edilməsinə baxmayaraq, bəzi bölgələrdə atışmalar və artilleriya atəşi gecə boyu davam edib.
(last modified 2024-06-25T08:12:33+00:00 )
Apr 23, 2023 16:22 Asia/Baku
  • Sudanda atəşkəsin elan edilməsinə baxmayaraq, döyüşlər davam edir

Sudanın paytaxtı Xartumda Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında müvəqqəti atəşkəsin elan edilməsinə baxmayaraq, bəzi bölgələrdə atışmalar və artilleriya atəşi gecə boyu davam edib.

Bəzi şahidlərin dediyinə görə, Fitr bayramı ilə əlaqədar şəhərin bəzi yerlərində küçə döyüşləri səngiyib, lakin ordu Çevik Dəstək Qüvvələrini atəşkəs rejimini pozmaqda, o cümlədən hava limanını və prezident sarayını atəşə tutmaqda ittiham edir.

Bir neçə ölkə öz vətəndaşlarını Sudandan təxliyə etmək üçün müxtəlif variantları nəzərdən keçirirlər, amma diplomatlar deyirlər ki, davam edən zorakılıq bunu çox riskli edib.